Terror təşkilatlarına və onların havadarlarına qarşı mübarizəmizi davam etdirəcəyik - Hakan Fidan
Bölgədə mövcud olan terror təşkilatlarına və onların havadarlarına qarşı mübarizəmizi davam etdirəcəyik.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan prezident iqamətgahında keçirilən səfirlərin 14-cü konfransının rəsmi açılış mərasimindəki çıxışı zamanı deyib.
"Terror təşkilatları və onların havadarları bölgədəki təhlükəsizliyə, sülhə və sabitliyə ən böyük təhlükədirlər. Adı istər FETÖ, istər PKK, istərsə də İŞİD olsun, bütün aidiyyatı qurumlarımızla birlikdə onlara imkan verməyəcəyik. Ölkəmizdə və bölgəmizdə terror təşkilatlarına və onların havadarlarına göz açdırmayacağıq. Bu istiqamətdə həm ölkə daxilində hərbi, kəşfiyyat və texnologiya imkanlarımızı artıraraq, həm də xaricdəki dostlarımızla effektiv əməkdaşlığı təmin edərək mübarizəmizi davam etdirəcəyik",- deyə nazir qeyd edib.
KARUSEL / DÜNYA

Tarix: 7-08-2023, 16:55