Ceyhun Bayramovla Hakan Fidan arasında təkbətək görüş keçirilir
Xarici işlər naziri Ceyhun Bayramovla Türkiyə xarici işlər naziri Hakan Fidan arasında təkbətək görüş keçirilir.
Bu barədə nazirliyin tvitter hesabında qeyd edilib.
Xatırladaq ki, bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasına rəsmi səfərə yola düşüb. Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulur.
KARUSEL / SİYASƏT
Tarix: 31-07-2023, 13:36