Ərdoğandan Ermənistana ÇAĞIRIŞ: Yaxşı qonşuluq əlaqələrinin əsasını bu müəyyənləşdirir
Sərhədlərin müəyyən edilməsi və qarşılıqlı tanınması zəruridir. Yaxşı qonşuluq əlaqələrinin əsasını bu anlayış müəyyən edir.
REPORTYOR.AZ xəbər verir ki, bunun Azərbaycan və Türkiyə prezidentlərinin birgə mətbuat konfransında çıxışı zamanı qardaş ölkə lideri Rəcəb Tayyib Ərdoğan bildirib.
"Bu məsələlərdə Ermənistanın Azərbaycanla problemlərini həll etmək istiqamətində səmimi iradə sərgiləməsi lazımdır. Əgər Azərbaycanla səmimi bir iradə ortaya qoyularsa Türkiyənin Ermənistanla olan münasibətlərinin də normallaşmasında heç bir maneə qalmayacaq", - deyə Ərdoğan vurğulayıb.
SON XƏBƏR / KARUSEL
Tarix: 26-10-2021, 22:00