İranda kışılı-qadınlı qarışıq qonaqlığın 300 iştirakçısı həbs olunub
İranın Simnan şəhərində polis "kişili-qadınlı" qarışıq məclisin keçirilməsi ilə bağlı 300 nəfəri həbs edib.
Simnan ostanı polis rəisinin müavini polkovnik Əli Mirəhəmədi deyib ki, "məxfi izləmə və müşahidə taktikasından" istifadə ilə noyabrın 14-də şəhər ətrafındakı bir zalda keçirilən "qarışıq cinsli" qonaqlığın 300 iştirakçısı həbs olunub. Sözü gedən 300 qadın və kişi ölkənin şəriət qanunlarını pozub. Qonaqlığın keçirildiyi zal isə "ticarət qaydalarını" pozduğuna görə möhürlənib.
Ayrıca olaraq Qum Tibb Elmləri Universitetində qarışıq cinsli qonaqlıqlar təşkil etdiklərinə görə bir neçə tələbə təhsil müəssisəsindən xaric edilib. Polis onları "ictimai və təhsil strukturunun işini pozmaqda və sosial media fəaliyyəti ilə açıq-saçıqlığı təbliğ etməkdə" günahlandırıb.
Xəbərlərdə deyilir ki, həm qadın, həm də kişilərin birgə iştirakilə keçirilən bəzi məclis və qonaqlıqları "hicabaçdı" məclisi adlandırırlar, çünki burdakı qadınlar icbari hicab nqaydasına əməl etmirlər.(Azadlıq radiosu)
KARUSEL / DÜNYA
Tarix: 17-11-2023, 16:09