mobil versiya

İşıqlarla mədəniyyətlərin vəhdəti olan Divali




Hindistan Assosiasiyaları, səfirliyin dəstəyi ilə ənənəvi Bakıda Divali bayramını keçirilib. 
Divali bayramı Bakı, işıqların və rənglərin möhtəşəm nümayişi ilə aydınlanıb. Müxtəliflikdə birliyi simvolizə edən bu tədbir, Azərbaycan icmasından da bir çox insanın iştirakı ilə 400-ə yaxın kütləni cəlb edərək, Divali təcrübəsini mədəni müxtəlifliklə zənginləşdirib.

Bu barədə səfirliyin yaydığı məlumatda bildirilir. Elektra Hall, Divalinin ruhunu əks etdirən parlaq işıqların məkanına çevrilib. Müxtəlif qrup insanlar şənliyə qatılaraq onu inkluziv və yaddaqalan bir tədbirə döndərib.
Səfir Sridharan Madhusudhanan qısa çıxışında mədəni harmoniya və Hindistan-Azərbaycan dostluğunu xüsusi vurğuladı. Hindistan Assosiasiyasının prezidenti Jai Dalvani əməkdaşlıq abu-havasına görə minnətdarlığını bildirib.

Gecədə, xanımların çıraqla ənənəvi yürüşü, klassik hind rəqsləri, alov şousu, Azərbaycan və Kuba artistlərinin çıxışları Divalinin qlobal xüsusiyyətini vurğulayıb.
Mədəniyyətlərarası qarşılıqlı anlaşmanı təşviq edən rəsm sərgisinin açılışı, gecənin əsas vacib məqamı oldu. Sərgidə, Hindistan səfirliyinin dəstəyi ilə “Arts Council Azerbaijan tərəfindən həyata keçirilən layihə çərçivəsində Hindistan mövzusunda çəkilmiş Azərbaycan rəsmləri nümayiş etdirilib.
Tədbir gecəni işıqlandırmaqla kifayətlənməyib, birlik və harmoniya simvolu olub, Hindistan və Azərbaycan arasında mədəni bağı gücləndirməklə bütün iştirakçılarda xoş təəssürat yaradıb.


KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 12-12-2023, 13:39