mobil versiya

Bu gün Baydenlə birgə mətbuat konfransı gözlənilir



Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-a iki günlük səfəri bazar ertəsi Vaşinqtonda Milli Müdafiə Universitetində çıxışı və ABŞ Müdafiə naziri Lloyd Ostinlə görüşü ilə başlayıb.

“Bütün dünya bizi izləyir. Ukrayna təslim olmayıb və olmayacaq. Biz nə edəcəyimizi bilirik, siz Ukraynaya arxalana bilərsiniz. Ümid edirik ki, sizə arxalana bilərik”, - Volodimir Zelenski Amerika milli təhlükəsizlik rəsmilərinə və bu görüşün təşkilatçıları olan Amerika hərbçilərinə müraciət edərək deyib. “Kapitoli təpəsində həll edilə bilinməyən problemlərdən ilhamlanan biri varsa, o, Putin və onun kabinetidir”, - o qeyd edib.

Lloyd Austin Volodimir Zelenski ilə görüşdən sonra vurğulayıb: “Putinin getdikcə aqressivləşən Rusiyasına qarşı dursaq, Amerika daha təhlükəsiz olacaq”.
“New York Times” qəzeti yazır ki, Zelenskinin bəyanatları Ağ Evin Ukraynaya 61 milyard dollar yardım tələbini təsdiqləməkdən imtina edən Konqres üzvlərinə ünvanlanıb. Onlar Ağ Evdən qeyri-qanuni miqrantların Birləşmiş Ştatlara girişini məhdudlaşdırmaq üçün əlavə tədbirlərə razılıq verməsini tələb edirlər. Ağ Ev ümid edir ki, Volodimir Zelenskinin Vaşinqtona gözlənilməz səfəri təkcə qanunvericiləri Ukraynaya yardımı təsdiqləməyə inandırmağa kömək etməyəcək, həm də Rusiyanın təcavüzünü dəf etmək üçün Kiyevə dəstəyin vacibliyini vurğulayacaq.

Çərşənbə axşamı Ukrayna Prezidentinin Senat üzvləri ilə bağlı qapılar arxasında görüşü planlaşdırılır. Həmçinin Ukrayna lideri ölkəsinə yardımın maliyyələşdirilməsinin ölkənin cənub sərhədinin təhlükəsizliyinin gücləndirilməsi ilə əlaqələndirilməsinin tərəfdarı olan Nümayəndələr Palatasının spikeri Mayk Consonla da görüşəcək. Günün ikinci yarısında Zelenski Ağ Evdə Co Baydenlə görüşəcək, bundan sonra Prezidentlər birgə mətbuat konfransı keçirəcəklər.(“AzPolitika.info”)
KARUSEL / DÜNYA
Tarix: 12-12-2023, 14:49