MSK ekspert qrupu üzvləri üçün seminarlara başlayır
Bu gün Dairə Seçki Komissiyalarında (DSK) fəaliyyət göstərən ekspert qrupu üzvləri üçün təşkil olunmuş regional seminarları özündə birləşdirən layihəyə start veririk. Bu tədbirin əsas məqsədi Dairə Seçki Komissiyalarında fəaliyyət göstərən 3 nəfərdən ibarət ekspert qruplarının peşəkarlıq səviyyəsinin artırılması, əvvəlki təcrübələrin yaratdığı təəssüratları onlarla bölüşmək və yeni işgüzar vərdişləri aşılamaqdır.
Bu sözləri Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov jurnalistlərə açıqlamasında bildirib.
R.Qasımov qeyd edib ki, ekspert qrupunun bəzi nümayəndələri əvvəllər də bu proseslərdə iştirak ediblər.
“Bu tədbir prezident seçkiləri öncəsi həyata keçirilən bir ilklərdəndir. Belə ki, bu formatda belə tədbir ilk dəfədir həyata keçirilir. Budəfəki layihədə əsas tərəfdaşımız Hüquq və İnsan Haqları İnstitutudur”, - deyə R.Qasımov qeyd edib.
KARUSEL / SİYASƏT
Tarix: 25-12-2023, 10:38