mobil versiya

Dövlət Komitəsi Azərbaycandakı dini icmaları ayıq-sayıq olmağa çağırıb



Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Azərbaycandakı dini icmaları ayıq-sayıq olmağa çağırıb.
O, “Dinin siyasiləşdirilməsi: zərərli təsirlər” mövzusunda konfransında çıxışı zamanı deyib ki, Azərbaycan dünyanı dağıtmaq istəyənlərə qarşı öz platformasını təqdim edir: "Bu isə onların xoşuna gəlmir. Ona görə də Azərbaycanı sevmirlər".
"Bütün dini icmaların nümayəndələrinə bir daha müraciət edirəm. Daha ayıq-sayıq olmalıyıq, birlik olmalıyıq. Ölkəmizdəki dini azlıqlara sual verirəm: Azərbaycan tarixində indiyədək dini azlıqlara bu cür azadlıq verilib? Şərait yaradılıb? Azadlıq anarxiya demək deyil, buna gətirib çıxarmamalıdır. Biz radikal qruplara imkan verməliyik ki, azlıqları dağıtsınlar?! Bu azadlıqdırmı? Azadlığın da həddi olmalıdır".(report)


KARUSEL / CƏMİYYƏT
Tarix: 11-01-2024, 12:22