mobil versiya

Havanın temperaturu 5-8° enəcək - Xəbərdarlıq



Yanvarın 13-ü səhərdən 14-ü axşamadək Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, şimal-qərb küləyinin əsəcəyi, sürətinin yanvarın 13-ü səhərdən 14-dək saniyədə 15-20, arabir 23-25 metr olacağı, yanvarın 13-ü səhər və gündüz isə yarımadanın bəzi yerlərində arabir 30 metrədək güclənəcəyi proqnozlaşdırılır.
Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° enəcək, yanvarın 14-15-i gecə saatlarında 0-3° şaxta, gündüz 0-3° isti olacaq.
Yanvarın 12-si əsasən qərb rayonlarında, 12-si axşamdan 15-dək isə bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə - Naxçıvan Muxtar Respublikası, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi aran, Lənkəran-Astarada yağıntıların intensiv olacağı ehtimal edilir.
Qərb küləyi əsəcək, sürəti 15-20 metr/saniyə olacaq, yanvarın 13-14-də bəzi yerlərdə arabir 23-25 metr/saniyəyədək güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° enəcək. Yanvarın 14-15-də Aran rayonlarında gecə 3-8° şaxta, gündüz 0-4° isti, dağlarda gecə 10-15°, gündüz 2-7° şaxta olacağı bildirilir.
Yanvarın 14-15-də gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

KARUSEL / ÖLKƏ
Tarix: 11-01-2024, 17:06