Mühacirlər üçün komendant saatı tətbiq edilib
ABŞ-ın Nyu-York şəhərində iki min mühacir üçün komendant saatı tətbiq edilib.
Bu qərar sığınacaq axtaranların dilənçilik etməsi ilə bağlı şikayətlərdən sonra qəbul olunub.
Məhdudiyyətlər Queens, Brooklyn və Manhattan rayonlarında qeydiyyatda olan miqrantlara şamil edəcək. Onlar saat 23:00-dan 6:00-dək qeydiyyat ünvanlarında qalmalı olacaqlar. Nyu-Yorkun hakimiyyət orqanları bununla mühacirlərin gecə vaxtı şəhərdə hərəkətini məhdudlaşdırmaq niyyətindədir.
Qanunu pozanlar, həmçinin 30 gün ərzində üç dəfə sığınacaqdan kənarda aşkarlanan mühacirlər ölkədən deportasiya oluna bilər.
KARUSEL / DÜNYA
Tarix: 16-01-2024, 14:33