Qüdsi Osmanov etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib
Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov etimadnaməsini bu ölkənin Prezidenti Klaus Verner İohannisə təqdim edib.
Prezident iqamətgahında - Kotroçeni sarayında keçirilən görüşdə Prezident Klaus Verner İohannis ölkələrimiz arasında yüksək səviyyəli təmaslarda əksini tapan ikitərəfli strateji tərəfdaşlıq əlaqələrini alqışlayıb.
Rumıniya Prezidenti iki ölkə arasında mövcud yüksək potensiala əsaslanan siyasi, iqtisadi, xüsusilə enerji, nəqliyyat, ticarət, təhsil sahələrində və sərmayələrlə bağlı dialoqun gücləndirilməsini təşviq edib.
KARUSEL / SİYASƏT
Tarix: 23-01-2024, 09:10