Füzuliyə daha 115 nəfər köçürülüb
Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yanvarın 29-da Bakı şəhərinin Qaradağ rayonundan Füzuli şəhərinə yola salınıb.
Bu mərhələdə Füzuli şəhərinə daha 27 ailə - 115 nəfər köçürülüb.
Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 527 ailə, 1958 nəfərin daimi məskunlaşması təmin edilib.
KARUSEL / ÖLKƏ
Tarix: 29-01-2024, 09:02