mobil versiya

Füzuli şəhərinə daha 25 ailə köçürülüb



Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.
Ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı dekabrın 13-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə - 112 nəfər köçürülüb.
İndiyədək Füzuli şəhərinə 358 ailənin, yəni 1298 nəfərin daimi məskunlaşması təmin edilib.

KARUSEL / ÖLKƏ
Tarix: 13-12-2023, 09:15