Seçki bülletenlərinin DSK-lara təhvil verilməsi yekunlaşıb
Fevralın 7-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən seçki bülletenlərinin dairə seçki komissiyalarına (DSK) paylanması prosesi başa çatıb.
Secki-2024.az saytı xəbər verir ki, seçki bülletenləri Naxçıvan Muxtar Respublikasındakı seçki dairələri, işğaldan azad olunmuş ərazilərdəki seçki məntəqələrinin aid olduğu seçki dairələri, həmçinin respublikanın ucqar bölgələrini əhatə edən seçki dairələri də daxil olmaqla, ölkənin digər bütün seçki dairələrinə təhvil verilib.
Bununla da proses tam yekunlaşdırılıb.
KARUSEL / SİYASƏT
Tarix: 1-02-2024, 12:44