mobil versiya

Bu həftə bülletenlər məntəqə seçki komissiyalarına veriləcək



Bu həftə seçki bülletenləri məntəqə seçki komissiyalarına paylanılacaq.
Secki-2024.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən fevralın 2-dək seçki bülletenlərini dairə seçki komissiyalarına verilməlidir.
Fevralın 4-dək isə dairə seçki komissiyaları seçki bülletenlərini dairə məntəqə seçki komissiyalarına təqdim etməlidir.
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkisi keçiriləcək.

KARUSEL / SİYASƏT
Tarix: 29-01-2024, 15:25