mobil versiya

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır



Valideynlərin hüquqlarının məhdudlaşdırılması və valideynlik hüquqlarından məhrum edilməsi barədə iddia qaldırmaq hüququ olan şəxslər sırasına prokurorluq orqanları əlavə ediləcək.
Bu məsələ Milli Məclisin fevralın 1-də keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində və “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.
Sənəd layihəsi uşaq hüquqlarının müdafiəsinin dövlət təminatı istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Təqdim olunan dəyişikliklərdə valideynlərin valideynlik hüquqlarının məhdudlaşdırılması və valideynlik hüquqlarından məhrum edilməsi barədə iddia qaldırmaq hüququ olan şəxslər sırasına prokurorluq orqanlarının da əlavə edilməsi nəzərdə tutulub.


KARUSEL / CƏMİYYƏT
Tarix: 1-02-2024, 14:00