mobil versiya

DİM-dən magistraturaya qəbul imtahanı verəcək bakalavrlara müraciət



Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (I cəhd) fevralın 11-də keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, bakalavrlar imtahana buraxılış vərəqəsini və “Yaddaş kitabçası”nı çap etmək üçün linkə daxil olmalıdırlar.
Bakalavrlar imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmır.

KARUSEL / CƏMİYYƏT
Tarix: 5-02-2024, 14:05