mobil versiya

DİM rezidenturaya qəbul imtahanı verəcək namizədlərə müraciət edib



Rezidenturaya qəbul imtahanının I mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) 2-ci cəhdi iyulun 16-da Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. İmtahana buraxılış vərəqəsi çap etmək üçün linkə daxil olmaq lazımdır.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

KARUSEL / CƏMİYYƏT
Tarix: 11-07-2023, 15:22