mobil versiya

Azərbaycanda vahid inkasassiya mərkəzi yaradılacaq



Vahid inkasassiya mərkəzinin yaradılması ilə əlaqədar İşçi Qrupun iclası olub.
Azərbaycan Banklar Assosiasiyasından (ABA) bildirilib ki, iclasda görüş zamanı vahid inkasassiya mərkəzinin yaradılması ilə bağlı müzakirələr aparılıb, Türkiyənin “Bantaş” şirkəti tərəfindən təqdimat edilib, bankların rəy və təklifləri dinlənilib.
Qeyd edək ki, görüşdə bu sahədə Türkiyədə fəaliyyət göstərən “Bantaş Nakit ve Kıymetli Mal Taşıma ve Güvenlik Hizmetleri” şirkətinin nümayəndələri və İşçi Qrupda təmsil olunan bir neçə bankların nağd pul vəsaitlərinin daşınması sahəsində rəhbər məsul şəxsləri iştirak edib.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 9-02-2024, 17:27