Əhalinin banklardakı əmanətlərin 70 faizə qədəri milli valyutadadır
Əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 10,3 faiz artaraq yanvar ayının 1-nə milli valyuta ekvivalentində 12947,8 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, əmanətlərin 66,8 faizi milli, 33,2 faizi xarici valyutada qoyulub. Milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 21,1 faiz artıb, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 6,6 faiz azalıb.
Yanvar ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 manata, 1 avroya 1,86 manata, 100 türk lirəsinə 5,66 manata, 100 rus rubluna 1,90 manata bərabər olub.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 14-02-2024, 16:14