Avtoşluq edərək sosial şəbəkədə paylaşan daha bir şəxs saxlanılıb

Baş Dövlət Yol Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, izahatında törətdiyi əməldən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirən A.Quluzadə barəsində inzibati protokol tərtib edilib.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün sürücülərdən bu kimi hallara yol verməməyi tələb edir və belə hallara yol verən şəxslər aşkar edildikdə heç bir istisna olmadan barələrində ciddi tənbeh tədbirləri görüləcəyini bildirir.
KARUSEL / CƏMİYYƏT
Tarix: 20-02-2024, 14:49