Keniyanın Baş prokuroru Ağdamda olub
Baş prokuror Kamran Əliyevin dəvəti ilə Azərbaycanda işgüzar səfərdə olan Keniya Respublikasının Baş prokuroru Renson Mulele İnqonqanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın işğaldan azad edilmiş Ağdam şəhərində səfərdə olub.
Birinci Qarabağ müharibəsi dövründə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anaraq, xatirə abidəsi önünə gül dəstələri düzüblər.
Qonaqlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Heydər Əliyev fondunun Prezidenti, ölkəmizin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi və diqqəti ilə aparılan genişmiqyaslı bərpa quruculuq işlərinin onlarda böyük təəssürat yaratdığını vuğulayıblar.
Nümayəndə heyəti Qarabağ xanı Pənahəli xanın sarayı və ailə üzvlərinin məzarının yerləşdiyi İmarət kompleksində, Cümə Məscidi və Ağdam Dövlət dram teatrında aparılan quruculuq bərpa işləri ilə tanış olublar.
Keniyalı prokurorlar yol boyu yaşayış məntəqələri və tarixi-mədəni abidələrdə erməni vandalizminin izlərinin şahidi olmuşlar.
Səfər çərçivəsində nümayəndə heyəti Bərdə rayon prokurorluğunun fəaliyyəti ilə tanış olub.
Keniyanın Baş prokuroru Renson Mulele İnqonqanın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizdə səfəri davam edir.
KARUSEL / SİYASƏT
Tarix: 22-02-2024, 16:19