Biometrik təsdiqləmə nədir? - ETX məlumat yayıb
Biometrik təsdiqləmə istifadəçinin barmaq izi, səsi və ya üzünü skan edib təsdiqləyən təhlükəsizlik prosesidir. Bu proses fərdi və digər həssas məlumatların təhlükəsizliyini təmin etmək üçün əlverişli üsullardandır.
Bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
Biometrik təsdiqləmənin hansı üstünlükləri var?
1) Hər kəsin barmaq izi, səsi və üzü unikal olduğundan ən etibarlı təsdiqləmə növlərindən biri hesab olunur.
2) Biometrik təsdiqləmə ilə mürəkkəb şifrləri yadda saxlamağa ehtiyac olmur.
3) Hər kəsin biometrik məlumatları fərdi olduğu üçün onların oğurlanması və ya paylaşılması hallarını çətinləşdirir.
Qeyd edək ki, biometrik təsdiqləmə fərdi məlumatlarınızın təhlükəsizliyini artıracaq və onları kiberdələduzlardan qorumaqda sizə kömək olacaq.
KARUSEL / CƏMİYYƏT
Tarix: 27-02-2024, 11:11