mobil versiya

“Twitter” hesabının təhlükəsizliyini necə təmin etmək olar?



“Twitter” hesabının təhlükəsizliyini təmin etmək üçün bir sıra məqamlara diqqət yetirmək lazımdır.
Onların bəzisini təqdim edirik:
Qeyd olunan qaydaları izləyərək təhlükəsizliyi artırmaq mümkündür.
1) Hesaba mürəkkəb şifrə təyin etmək;
2) İkimərhələli təsdiqləmə funksiyasını aktivləşdirmək;
3) Şübhəli mənbələrdən daxil olan mesajların tərkibindəki keçidlərə daxil olmamaq;
4) Üçüncü tərəf proqramlar vasitəsilə istifadəçi adını və şifrəni daxil etməmək;
5) Giriş məlumatlarını daxil etmədən öncə brauzerin ünvan xanasındakı domen adına (twitter.com) diqqət etmək;
6) E-poçta “Twitter” ilə bağlı göndərilən mesajların “@twiiter.com” və ya “@e.twitter.com” domen adlarından gəldiyinə əmin olmaq.

MARAQLI / KARUSEL
Tarix: 17-04-2023, 15:26