mobil versiya

Uşaq bağçasının zirzəmisindən xeyli silah-sursat tapılıb



Polis əməkdaşları Xankəndi şəhərində əməliyyat keçiriblər.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Əməliyyat zamanı şəhərdə yerləşən uşaq bağçasının zirzəmisindən 1 dron, 1 dron üçün tripot, 29 müxtəlif markalı avtomat silahı, 4 tapança, 27 tüfəng, 416 qumbara, 113 alışdırıcı, 113 partlayıcı, 1178 patron darağı, 8508 mərmi, müxtəlif çaplı 24320 patron, 30 kapsul, 3 optik nişangah, 10 gecəgörmə cihazı, 50 rabitə qurğusu, 34 süngü-bıçaq, 57 əleyhqaz, 4 binokl, 4 penal dəsti və digər sursatlar aşkarlanaraq götürülüb.

KARUSEL / HADİSƏ
Tarix: 27-02-2024, 11:35