Xankəndidə silah-sursat aşkarlanıb
Fevralın 20-də polis əməkdaşları Xankəndi şəhəri ərazisində əməliyyat keçiriblər.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat tədbirlər nəticəsində 17 ədəd müxtəlif markalı avtomat silahı, 5 tapança, 5 tüfəng, 73 ədəd qumbara, 72 alışdırıcı, 68 ədəd patron darağı, 4821 ədəd müxtəlif çaplı patron və digər sursat aşkarlanaraq götürülüb.
KARUSEL / HADİSƏ
Tarix: 21-02-2024, 10:36