mobil versiya

Vətəndaşlardan qanunsuz saxlanılan silah-sursat götürülüb



Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, fevralın 22-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 2 tapança, 5 qumbara, 5 alışdırıcı, 11 müxtəlif markalı tüfəng, 2 patron darağı və 218 müxtəlif çaplı patron təhvil götürüblər.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 tapança, 1 tüfəng, 2 patron darağı və 11 patron aşkar edilərək götürülüb.

KARUSEL / HADİSƏ
Tarix: 23-02-2024, 09:33