Milli İncəsənət Muzeyində “Milli musiqi gecəsi” keçirilib
Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə ərsəyə gələn “Muzeydə musiqi” layihəsi çərçivəsində muzeydə növbəti konsert keçirilib.
“Milli musiqi gecəsi” adlı konsert proqramı Beynəlxalq Muğam Mərkəzi tərəfindən Əməkdar artist Sevinc Sarıyeva, xanəndələr Elgiz Əliyev, Murad Laçın, Səbinə Ərəbli, Günay İmamverdiyevanın iştirakı ilə təqdim olunub.
Təbirdə xanəndələri tarda Rüstəm Müslümov, kamançada Elnur Salahov, balabanda Rafael Əsgərov, qanun ifaçısı Məhta Məhəmmədəlizadə, nağarada Siyavuş Kərimov müşayiət ediblər.
Həmçinin “Salam, Novruz!” sərgisində nümayiş etdirilən milli musiqi alətlərinin təsvir olunduğu əsərlər haqqında tematik ekskursiya da keçirilib.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 29-02-2024, 15:38