mobil versiya

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş fərdi sərgi açılıb


Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə martın 6-da Dövlət Rəsm Qalereyasında rəssam-impressionist Şahin Rəsulzadənin muxtarityyətin 100 illiyinə həsr olunmuş fərdi sərgisi açılıb.
62 əsərin nümayiş olunduğu sərgidə mədəniyyət, incəsənət təmsilçiləri, rəssamın sənət dostları və tələbələr iştirak edib.
Sərginin açılış mərasimində çıxış edən Mədəniyyət Nazirliyi Aparatının Mədəniyyət və mədəni irs şöbəsinin müdiri Gülbuta Babayeva bildirib ki, Prezident İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamının icrası ilə bağlı Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən Tədbirlər Planı təsdiq edilib: “Rəssam Şahin Rəsulzadənin sənət işığına toplaşdığımız bugünkü sərgi də məhz Plana əsasən təşkil olunub”.

Çıxışının sonunda Şahin Rəsulzadə 5, əməkdar rəssam Telman Abdinov 1 əsərini Naxçıvan Dövlət Rəsm Qalereyasına hədiyyə ediblər.
Sonda sərgiyə baxış keçirilib.(report)
KARUSEL / ÖLKƏ
Tarix: 6-03-2024, 17:33