mobil versiya

Azərbaycanda 160 min hektara yaxın sahə quraqlığa görə məhv olub



Ötən il Azərbaycanda 160 min hektara yaxın sahə quraqlıqdan və su azlığından məhv olub.
Bunu Bakıda Beynəxalq Su Təsərrüfat Sərgi və Konfransı - "Baku Water Week" sərgisinə həsr olunmuş konfransda kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.
Nazir bildirib ki, dünyada baş verən iqlim dəyişiklikləri Azərbaycandan da yan keçmir.
“Ölkəmizdə təxminən 1,5 milyon hektara yaxın suvarılan sahə var. Bunun 78 faizini birillik, 9 faizini çoxillik, təxminən 13 faizini isə böyük sahələrin suvarılması təşkil edir. Ölkədə istehsal olunan kənd təsərrüfatının 90 faizi suvarılan sahələrdən əldə olunur. Məhsulun artırılması və sudan səmərəli istifadə üçün suyun sistemli şəkildə idarə olunmasına nail olmalıyıq”, - deyə nazir qeyd edib.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 13-03-2024, 11:35