mobil versiya

Azərbaycan – İngiltərə oyununun hakimləri


21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Azərbaycan – İngiltərə oyununun hakimləri bəlli olub.
Martın 22-də keçiriləcək matçı Bosniya və Herseqovinadan olan ədalət təmsilçiləri idarə edəcək.
Antoni Bandiç qarşılaşmanın baş hakimi olacaq. Ona Amer Maciç və Boris Duyjmoviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mateo Musa yerinə yetirəcək.
Qeyd edək ki, görüş “Azərsun Arena”da keçiriləcək.


KARUSEL / İDMAN
Tarix: 19-03-2024, 14:58