Filip Kirkorov borcunu qaytara bilmir: Mənzili əlindən alınır
Rusiyanın ən populyar müğənnisi Filip Kirkorovun mənzili auksiona çıxarılacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Moskvanın Taqansk rayon Məhkəməsi qərar verib.
Məlumat ümumi yurisdiksiya məhkəmələrinin rəsmi portalına yerləşdirilib.
Məhkəmə, ləğv olunan Latviyanın "ABLV" bankının sənətçiyə qarşı qaldırdığı iddianı təmin edib və "Philip Kirkorov Production" MMC-dən 779 min avro kredit müqaviləsi üzrə faiz borcunun geri qaytarılması barədə qərar çıxarıb.
Məhkəmə Kirkorovun mənzilndəki məişət əşyaları - soba, qəhvə maşını və dörd kondisioneri də müsadirə edib.
Mənzil açıq auksionda satılacaq, başlanğıc qiymət 193 milyon rubl təşkil edir.
KARUSEL / DÜNYA
Tarix: 19-12-2019, 11:00