mobil versiya

Ombudsman mina partlayışları ilə bağlı məlumat yayıb



Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Tərtər və Ağdamdakı mina partlayışları ilə bağlı məlumat yayıb.
Ombudsman Aparatından verilən xəbərə görə, məlumatda bildirilib ki, Ermənistanın otuz illik işğal dövründə torpaqlarımızda basdırdığı minalar insanların həyatına və sağlamlığına təhlükə yaratmaqda davam edir:
“Növbəti mina terroru nəticəsində dörd nəfər mülki şəxs yaralanıb. Ümumilikdə İkinci Qarabağ müharibəsindən bu günədək 350 nəfər minadan zərər çəkib. Beynəlxalq ictimaiyyət Ermənistanın mina terroruna səssiz qalmamalı, dəqiq mina xəritələrinin Azərbaycana təqdim edilməsi üçün bu ölkəyə ciddi təzyiq göstərməlidir”.

KARUSEL / GÜNDƏM
Tarix: 3-04-2024, 11:12