mobil versiya

30 il işğal müddətində torpaqlarımızda təxmini milyon yarım mina basdırılıb



Mina hadisələri dinamikası azalmağa doğru gedir.
Bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, 30 il işğal müddətində torpaqlarımızda təxmini milyon yarım mina basdırılıb.
“Keçmiş məcburi köçkünlərimizin böyük miqyasda torpaqlarına qayıtmamasının səbəbi təhlükəsizliklə bağlıdır. Hissə-hissə vətəndaşlarımız köçürülsə də, ancaq mina problemi qalıb. 44 günlük müharibə bitdikdən bu ilin üç aprelə qədər 129 min ha mina və partlamamış hərbi sursatlardan təmizlənib. Mina qurbanlarının 70% mülkü vətəndaşlardır.”,- deyə o qeyd edib.

KARUSEL / CƏMİYYƏT
Tarix: 4-04-2024, 14:47