mobil versiya

Cavanşir Feyziyev Şimali Kiprlə parlamentlərarası qrupun rəhbəri təyin edilib



Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb.
 
Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə” qərar layihəsi təsdiqlənib.

Layihəyə əsasən, Cavanşir Feyziyev Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri təyin edilib.

KARUSEL / SİYASƏT
Tarix: 5-04-2024, 14:59