Minifutbol üzrə Azərbaycan çempionatının qaliblərinə mükafatlar təqdim edilib
Minifutbol üzrə Azərbaycan çempionatında 2023/24 mövsümünün qalibləri mükafatlandırılıb.
Əvvəlcə xüsusi nominasiyalar üzrə fərqlənənlərə mükafatlar təqdim olunub.
Çempionatın ən yaxşı qapıçısı Vəli Qafanov ("Birbaşa Bakı") seçilib. Mükafatı "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov təqdim edib.
Çempionatın ən sərrast futbolçusu mükafatına "Zirə"nin futbolçusu Rəvan Kərimov layiq görülüb. Mükafatı AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev verib.
Turnirin ən yaxşı futbolçusu nominasiyasında isə çempion komandanın futbolçusu Təmkin Xəlilzadə fərqlənib. Qalibə mükafatı Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov təqdim edib.
KARUSEL / İDMAN
Tarix: 15-05-2024, 08:52