mobil versiya

Minifutbol üzrə Çempionlar Liqasında 3-cü yeri tutan “Zirə” komandasının üzvləri ilə görüş olub



Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti Orxan Məmmədov minifutbol üzrə Çempionlar Liqasında uğurla çıxış edərək Vətənə bürünc medalla qayıdan “Zirə” komandasının üzvləri ilə görüşüb.
AMF-nin mətbuat xidmətindən verilən məlumata görə, komandanın nailiyyətini yüksək qiymətləndirən O.Məmmədov futbolçuları təbrik edib və növbəti yarışda onlardan daha yaxşı nəticə gözlədiyini vurğulayıb.
Daha sonra baş məşqçi Elşad Quliyevin yarışla bağlı hesabatı dinlənilib.
Sonda komanda üzvləri ilə xatirə şəkili çəkdirilib.
Qeyd edək ki, Orxan Məmmədov həm də “Zirə” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının sədridir.

KARUSEL / İDMAN
Tarix: 13-09-2023, 16:43