mobil versiya

Orxan Məmmədov Azərbaycan Minifutbol Federasiyasının prezidenti seçilib


İyulun 11-də Azərbaycan Minifutbol Federasiyasının (AMF) növbəti ümumi yığıncağı keçirilib.
Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə AMF-nin hesabatı dinlənilib və qəbul edilib.
Sonra AMF-nin rəhbərliyinə yeni seçki keçirilib. Orxan Məmmədov fəxri prezident olduğu federasiyanın növbəti 4 il üçün prezidenti, Taleh Nəsibov isə vitse-prezidenti seçilib.
AMF-nin prezidenti Orxan Məmmədov göstərilən etimad üçün təşəkkür edib, federasiyanın fəaliyyəti və gələcək planları barədə məlumat verib. Bildirilib ki, Azərbaycan Avropa minifutbol reytinqində birinci yerdə, dünya reytinqində isə beşinci yerdədir. Milli komandamız bu ilin oktyabrında Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək dünya çempionatında da medallar uğrunda mübarizə aparacaq.
Gənclər və idman naziri Fərid Qayıbov çıxışında qısa müddətdə ölkəmizin minifutbolda böyük uğur qazandığını qeyd edib və yeni seçkilər münasibətilə federasiya rəhbərliyini təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

KARUSEL / İDMAN
Tarix: 11-07-2023, 16:57