mobil versiya

Çin bu il Orta Dəhlizlə 250-yə yaxın konteyner blok qatarı göndərməyi planlaşdırır


Bu ilin əvvəlindən Trans-Xəzər Nəqliyyat Dəhlizi (Orta Dəhliz) üzrə Çinin Sian Limanından göndərilən konteyner blok qatarların sayı 60-a çatıb.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.
Bildirilir ki, 2024-cü ilin sonuna qədər Orta Dəhlizlə 250-yə yaxın konteyner blok qatarın göndərilməsi planlaşdırılır. Bununla yanaşı gələn aydan başlayaraq Sian limanı ilə yanaşı Lianyunqyanq limanından da Bakıya konteyner blok qatarların göndərilməsi həyata keçiriləcək.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 22-05-2024, 16:17