mobil versiya

Azərbaycanda ən yaşlı qadın və kişi seçicinin adları açıqlanıb



Azərbaycanda ən yaşlı qadın və kişi seçicinin adları açıqlanıb.
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib ki, ən yaşı qadın seçici 78 saylı Lənkəran kənd seçki dairəsinin 38 saylı seçki məntəqəsində qeydiyyatda olan 1890-cı il təvəllüdlü Əzizova Tamam Əli qızıdır.
Ən yaşlı kişi seçici isə 28 saylı Sabunçu üçüncü seçki dairəsinin 47 saylı seçki məntəqəsində qeydiyyatda olan 1915-ci il təvəllüdlü İbrahimov Hilal İsa oğludur.

KARUSEL / ÖLKƏ
Tarix: 27-05-2024, 16:42