Bakı Enerji Həftəsinə 37 ölkədən 300-dək şirkət qatılacaq
İyunun 4-6-da keçiriləcək və regionun enerji sahəsində mühüm tədbiri olan Bakı Enerji Həftəsində 37 ölkədən 300-dək şirkət iştirakını təsdiq edib.
Bunu "Iteca Caspian" şirkətinin layihə meneceri Nailə Əliyeva Bakı Enerji Həftəsinə həsr olunmuş mətbuat konfransında bildirib.
O qeyd edib ki, tədbirdə Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Avstraliya, Avstriya, Belarus, Belçika, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Çin, Əlcəzair, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İraq, İsrail, İsveç, İtaliya, Latviya, Qazaxıstan, Qətər, Macarıstan, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya, Səudiyyə Ərəbistanı, Sloveniya, Türkiyə, Ukrayna və Yaponiya təmsil olunacaq: "Bu ölkələr arasında İsveç, Hindistan və Sloveniyadan olan şirkətlər ilk dəfədir ki, tədbirə qatılırlar. Bu ilki sərginin tərkibi iştirakçıların ümumi sayının 15 %-ni təşkil edən yeni şirkətlər hesabına yenilənib. Onların əksəriyyəti Azərbaycanda "yaşıl enerji" sahəsinə yüksək maraq göstərən xarici iştirakçılardır. Sərgi sahəsinin 40 %-i isə tanınmış şirkətlərə, sərgilərin daimi iştirakçılarına məxsusdur".
Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərə Energetika Nazirliyi dəstək göstərir, Dövlət Neft Şirkəti (SOCAR) isə baş tərəfdaş qismində çıxış edir.
KARUSEL / İQTİSADİYYAT

Tarix: 30-05-2024, 11:38