mobil versiya

Hərbçilərimiz “Afrika Aslanı-2024” beynəlxalq hərbi təlimlərinə qatılıb



Mərakeşin Aqadir şəhərində keçirilən “Afrika Aslanı-2024” beynəlxalq hərbi təlimlərinin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə Azərbaycan Ordusunun hərbi qulluqçusu iştirak edib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Kompüter dəstəkli komanda-qərargah və döyüş atışlı mərhələlərdən ibarət olan təlimlərdə terror qrupları ilə mübarizə əməliyyatlarına dair  müxtəlif tapşırıqlar icra edilib.
Qeyd edək ki, 20-ci dəfədir keçirilən təlimlərin başlıca məqsədi regional sülhü, eləcə də beynəlxalq təhlükəsizlik və sabitliyi dəstəkləməkdir



KARUSEL / CƏMİYYƏT
Tarix: 3-06-2024, 12:39