Hindistanda seçkilərdə 642 milyon nəfər səs verib
Hindistanda keçirilən ümumi parlament seçkilərində 642 milyon seçici səs verib ki, bu da ümumi parlament seçkiləri üzrə dünya rekordu olub.
Bu barədə ölkənin seçki komissiyasının rəhbəri Radjiv Kumar bildirib.
O, deyib ki, Hindistan bu il parlamentin aşağı palatası seçkilərində 642 milyon seçicinin səs verməsi ilə dünya rekordu qırdı. Onlardan 312 milyonu qadındır. Onun sözlərinə görə, seçkilərdə G7 ölkələri ilə müqayisədə 1,5 dəfə, Aİ-nin bütün 27 ölkəsindən isə 2,5 dəfə çox insan səs verib:“Bu, Hindistan seçicilərinin inanılmaz gücüdür”.
KARUSEL / DÜNYA
Tarix: 3-06-2024, 14:39