mobil versiya

Qəza zamanı zədələnmiş piyada keçidinin təmirinə başlanılır



M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 46.9-cu km-də yerləşən yol-nəqliyyat hadisəsi zamanı qəzalı vəziyyətə düşən yerüstü piyada keçidində 6 iyun saat 10:00-dan 7 iyun saat 11:00-dək təmir işləri aparılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bununla əlaqədar olaraq sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, ərazidə yerləşdiriləcək müvəqqəri yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 5-06-2024, 16:42