mobil versiya

Sürücülərin nəzərinə



M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 266.6-cı km-də yeni yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq 3 iyun saat 10:00-dan 18:00-dək qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq. (YOL BAĞLANMIR)
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi - AAYDA sürücülərə müraciət edib.
Sürücülərdən qeyd olunan saatlarda sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur. 
KARUSEL / ÖLKƏ
Tarix: 31-05-2024, 12:54