mobil versiya

Bu yol qismən bağlanır - Sürücülərin nəzərinə



M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 35.6-cı km-də yeni inşa edilən yerüstü piyada keçidinin platformasının quraşdırılması ilə əlaqədar olaraq 30 may saat 00:00-dan 07:00-dək qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq. (YOL BAĞLANMIR)
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) xəbər yayıb.
Sürücülərdən qeyd olunan saatlarda sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.


KARUSEL / ÖLKƏ
Tarix: 29-05-2024, 17:36