mobil versiya

Ərdoğan Meral Akşeneri qəbul edib



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən “İYİ” partiyasının keçmiş sədri Meral Akşeneri qəbul edib.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, 40 dəqiqə davam edən görüş mətbuata qapalı keçirilib.

Görüşdən sonra da müzakirə olunan məsələlərlə bağlı mətbuata hər hansı açıqlama verilməyib.

Uzun müddətdir ki, ictimaiyyət arasında görünməyən Akşenerin yeni imici isə maraqla qarşılanıb.

Qeyd edək ki, 67 yaşlı Meral Akşener 2017-ci ildə yaradılan İYİ Partiyasının qurucusu və ilk sədridir. O, cari ilin aprel ayının əvvəlində partiya rəhbərliyinə yenidən namizəd olmayacağını açıqlayıb və bu posta Müsavat Dervişoğlu seçilib.(AzPolitika.info)
KARUSEL / DÜNYA
Tarix: 6-06-2024, 12:33