mobil versiya

Şeyxülislam Türkiyənin Azərbaycandakı səfirini qəbul edib



İyunun 5-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Cahit Bağçını qəbul edib.

Bu barədə QMİ mətbuat xidməti məlumat verib.

 Səmimi qardaşlıq şəraitində keçən görüşdə ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, dini-mənəvi sahədə münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə olundu. Türkiyə səfiri Şeyxülislamı İslam dünyasının qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edib, ən xoş arzularını bildirib.
 
Şeyxülislam A. Paşazadə, öz növbəsində, səfiri və bütün Türkiyə xalqını Eydül-Əzha münasibətilə təbrik edib, bu şərafətli bayramın qardaş xalqlarımız, türk dünyası, bütün  dünya müsəlmanları üçün xeyirlərə vəsilə olması üçün dualar edib. Söhbət əsnasında, QMİ sədri A. Paşazadə Türkiyə Diyanət İşləri Başkanı dr. Ali Erbaşın dəvəti əsasında ötən ay İstanbulda Dünya İslam alimlərinin yeni təsis olunan Məşvərət toplantısında iştirakını, Dolmabağça sarayında Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın toplantı iştirakçılarını qəbul mərasimində qardaş dövlət başçısı ilə görüşünü məmnunluqla xatırlayıb.

Görüşdə dini-mənəvi müstəvidə  qarşılıqlı maraq doğuran məsələlərdən danışılıb, perspektivlər müzakirə edilib.

KARUSEL / CƏMİYYƏT
Tarix: 6-06-2024, 16:51