Küveytdə baş verən yanğında ölənlərin əksəriyyəti Hindistan vətəndaşları olub
Küveytin cənubundakı Əl-Münkif bölgəsində baş verən yanğında ölənlərin əksəriyyəti Hindistan vətəndaşları olub.
Bu barədə jurnalistlərə hökumətin tapşırığı ilə Küveytə yollanan Hindistanın xarici işlər naziri Kirti Vardxan Sinqh deyib. Nazir həmçinin ölənlərin cəsədlərinin vaxtından əvvəl repatriasiyası üçün yerli hakimiyyət orqanları ilə koordinasiya aparacaq. Baş nazir Modi iclas çağırıb və təcili tədbir görüləcəyini bildirib: “Son məlumata görə, yanğın nəticəsində həlak olan 48-49 nəfərdən 42 və ya 43-nün hindistanlı olduğu güman edilir”, - deyə nazir ANI agentliyinə bildirib. Onun sözlərinə görə, cəsədlər tanınmaz hala düşdüyü üçün onların şəxsiyyətlərinin müəyyən edilməsi proseduru mürəkkəbdir və DNT testlərindən istifadə etməklə həyata keçirilir.
Kirti Vardxan Sinqh cəsədləri ölkəyə aparmaq üçün Hindistan Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin hazır vəziyyətdə gətirildiyini bildirib.
Hindistanın Küveytdəki səfiri Adarsh Swaika 30-dan çox hindistanlı işçinin müalicə olunduğu Əl-Adan və Farvaniya
xəstəxanalarını ziyarət edib.
Qeyd edək ki, iyunun 12-də səhər saatlarında Küveytin Əl-Münkif bölgəsində fəhlələrin yaşadığı coxmərtəbəli binada yanğın başlayıb. Polis orqanlarının məlumatına görə, ölənlərin əksəriyyəti dəm qazından zəhərlənib. Yanğın zamanı xəsarət alanlar arasında çox sayda hindistanlı var və onlar yerli xəstəxanalarda müalicə alır.
Bu faciəli hadisədən sonra baş nazirin müavini Şeyx Fəhad əl-Yusif əs-Sabah hadisə yerinə baş çəkib və Əl-Cəzirə telekanalının verdiyi məlumata görə, binanın sahibinin həbsinə göstəriş verib.
KARUSEL / DÜNYA
Tarix: 13-06-2024, 12:24