mobil versiya

“Sədərək” ticarət mərkəzində yanğın olub


"Sədərək” ticarət mərkəzində yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumata görə, Qaradağ rayonunda yerləşən ticarət mərkəzinin ərazisində ümumi sahəsi 50 m² olan tikinti materialları anbarının qarşısına yığılan plastik borular və digər obyektdə ümumi sahəsi 200 m² olan anbarın 2 ədəd plastikdən ibarət pəncərəsi və 5 m² sahədə dam örtüyü yanıb.
Anbar yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
KARUSEL / HADİSƏ
Tarix: 15-06-2024, 18:16